Google SynthID Detector adlı yeni onlayn xidmətini geniş istifadəçilər üçün pulsuz təqdim edib. Alət şəkil, video və audio fayllarını analiz edərək onların içərisində süni intellekt tərəfindən yaradılan və ya redaktə edilən məzmunu müəyyənləşdirməyə kömək edən gizli SynthID nişanını axtarır. SynthID insan gözü ilə görünməyən xüsusi rəqəmsal “su nişanı”dır. O, uyğun süni intellekt alətləri ilə yaradılan şəkil, video və audio fayllarına əlavə edilir. İstifadəçi faylı SynthID Detector-a yüklədikdə xidmət həmin nişanın olub-olmadığını yoxlayır və nəticəni bildirir. Texnologiya əvvəlcə Google-un Gemini, Imagen, Lyria və Veo xidmətlərində istifadə olunurdu. Daha sonra digər şirkətlər də SynthID dəstəyinə qoşulmağa başlayıb. Hazırda detector Google, OpenAI, NVIDIA və Kakao tərəfindən yaradılan uyğun məzmunu tanıya bilir. Google gələcəkdə Apple texnologiyaları ilə də uyğunluğun əlavə ediləcəyini açıqlayıb. Google-un məlumatına görə, SynthID 2023-cü ildə istifadəyə verildikdən sonra onun rəqəmsal nişanları 180 milyarddan çox şəkil və videoya, həmçinin ümumi müddəti təxminən 240 min il olan audio fayllara əlavə edilib. Google Search, Gemini və Chrome daxilindəki SynthID yoxlamaları isə hazırda gündə 1 milyondan çox sorğunu emal edir. Amma burada vacib bir məqam var: SynthID Detector universal AI-detektor deyil. Xidmət yalnız konkret olaraq SynthID nişanını axtarır. Buna görə də faylda belə nişanın aşkarlanmaması həmin materialın süni intellektlə yaradılmadığı anlamına gəlmir. Çünki bəzi AI alətləri öz markalama sistemlərindən istifadə edə, bəziləri isə ümumiyyətlə belə nişan əlavə etməyə bilər. Əksinə, SynthID-nin aşkarlanması da faylın tamamilə süni intellekt tərəfindən yaradıldığını göstərmir. Bu nəticə sadəcə materialın yaradılması və ya redaktəsi zamanı SynthID ilə uyğun süni intellekt alətindən istifadə edildiyini bildirir. SynthID Detector-un ingilisdilli interfeysə malik versiyasını pulsuz sınaqdan keçirmək üçün xidmətin rəsmi saytına daxil olmaq mümkündür. The post Google AI ilə hazırlanmış videoları yoxlayan pulsuz aləti istifadəyə verdi appeared first on InfoCity.
标题为英语Google AI ilə hazırlanmış videoları yoxlayan pulsuz aləti istifadəyə verdi
Google SynthID Detector adlı yeni onlayn xidmətini geniş istifadəçilər üçün pulsuz təqdim edib. Alət şəkil, video və audio fayllarını analiz edərək onların içərisində süni intellekt tərəfindən yaradılan və ya redaktə edilən məzmunu müəyyənləşdirməyə kömək edən gizli SynthID…
InfoCity — IT и AI события KZ作者: rauf jafarov2026年10月8日 (10月8日)
提供 1 种语言版本AI 摘要:要点
- Google SynthID Detector adlı yeni onlayn xidmətini geniş istifadəçilər üçün pulsuz təqdim edib
- Alət şəkil, video və audio fayllarını analiz edərək onların içərisində süni intellekt tərəfindən yaradılan və ya redaktə edilən məzmunu müəyyənləşdirməyə kömək edən gizli SynthID…
Research
KZ·AI 6DD4Инсайт дня
Google AI ilə hazırlanmış videoları yoxlayan pulsuz aləti istifadəyə verdi
全文为英语
相关文章
AI 已学会预判用户想法。看来很快它甚至能控制那些控制其他代理的代理……
🤯 AI 已学会预判用户想法。看来很快它甚至能控制那些控制其他代理的代理。OpenAI Codex 出现了一个有趣的功能。神经网络分析对话、工作结果并自主提出建议……
Telegram — GPT Time | Нейросети | ИИ
分析捐赠肾兼容性的初创公司准备进入中国市场
Cortex AI创始人阿斯尔江·阿卜杜拉耶夫介绍了中国市场的特点,以及团队如何将模型准确率提升至92%
Kapital.kz
SMNTCN (Semanticon) — глобальные новости ИИ
Together AI 与 Y Combinator 推出首个面向初创企业的 GPU 集群
Together AI 与 Y Combinator 为 YC 初创企业推出首个 GPU 集群
SMNTCN (Semanticon) — глобальные новости ИИ