ChatGPT istifadəçiləri tezliklə süni intellektlə şəkil hazırlayarkən reklamlarla da qarşılaşa biləcəklər. OpenAI pulsuz istifadəçilər üçün reklamların göstərildiyi yeni formatı sınaqdan keçirməyə hazırlaşır. Yeni sistemə əsasən, şəkil yaradılması zamanı proses göstəricisinin altında ayrıca reklam bloku görünəcək. Burada müxtəlif məhsullar, onların istifadə nümunələri və həmin məhsullarla əlaqəli xidmətlər təqdim oluna bilər. Yəni istifadəçi şəkilin hazırlanmasını gözləyərkən eyni ekranda reklam da görə biləcək. OpenAI bildirir ki, reklamlar ChatGPT-nin cavablarına təsir etməyəcək. Reklam məzmunu süni intellekt tərəfindən yaradılan kontentdən ayrıca göstəriləcək və şirkət reklamların cavabların formalaşdırılmasında rol oynamadığını vurğulayır. Şirkət eyni zamanda reklamverənlər üçün yeni imkanlar hazırlayır. OpenAI artıq reklamların effektivliyini ölçmək sahəsində tərəfdaşlarla işləyir və yeni inteqrasiyalar xarici sistemlərdəki konversiya məlumatlarının ötürülməsinə imkan verəcək. Bununla belə, reklamverənlər üçün ciddi məhdudiyyət qoyulacaq: onlar istifadəçilərin ChatGPT-dəki yazışmalarına giriş əldə etməyəcəklər. OpenAI həmçinin reklamların emosional, həssas və şəxsi mövzulu söhbətlərdə göstərilməyəcəyini bildirir. Yeni reklam formatının sınaqları oktyabrın sonunda başlayacaq. İlk mərhələdə sistem yalnız ABŞ-dakı istifadəçilər üçün əlçatan olacaq. Reklamlar isə bütün istifadəçilərə şamil edilməyəcək. ChatGPT Plus və Pro, eləcə də Business və Enterprise tariflərindən istifadə edənlər yeni reklamları görməyəcəklər. The post ChatGPT-də şəkil yaradarkən yeni reklam formatı görünəcək appeared first on InfoCity.
标题为英语ChatGPT-də şəkil yaradarkən yeni reklam formatı görünəcək
ChatGPT istifadəçiləri tezliklə süni intellektlə şəkil hazırlayarkən reklamlarla da qarşılaşa biləcəklər. OpenAI pulsuz istifadəçilər üçün reklamların göstərildiyi yeni formatı sınaqdan keçirməyə hazırlaşır. Yeni sistemə əsasən, şəkil yaradılması zamanı proses göstəricisinin…
AI 摘要:要点
- ChatGPT istifadəçiləri tezliklə süni intellektlə şəkil hazırlayarkən reklamlarla da qarşılaşa biləcəklər
- OpenAI pulsuz istifadəçilər üçün reklamların göstərildiyi yeni formatı sınaqdan keçirməyə hazırlaşır
- Yeni sistemə əsasən, şəkil yaradılması zamanı proses göstəricisinin…
ChatGPT-də şəkil yaradarkən yeni reklam formatı görünəcək
相关文章
Anthropic 上市 - 开发商 Claude 已在美国申请首次公开募股。
Anthropic 上市 - 开发商 Claude 已在美国申请首次公开募股。该公司已向美国证券交易委员会(SEC)正式提交表格S-1的注册声明。已知信息: - 交易所:纳斯达克全球精选市场。 - 股票代码:ANT。 - 股票:A 类。-...
ENThe Download: everyday AI harms and the race to nuclear spaceflight
This is today’s edition of The Download, our weekday newsletter that provides a daily dose of what’s going on in the world of technology. Opinion: The focus on AI safety disasters ignores everyday harms —Sam Hiner, cofounder of the Young People’s Alliance, and Emma Leiken,…
Anthropic 现在建议从其人工智能系统中删除不必要的子代理
Anthropic 现在建议从人工智能系统中删除不必要的子代理 Anthropic 的应用人工智能团队发现了一个有趣的趋势:公司正在将自己的组织结构转移到架构中:每个团队都有自己的子代理,最上面是一个协调器。据他们介绍,在...
克劳德学习了如何创建任何主题的个人音频课程
🎓 克劳德学会了创建任何主题的个人音频课程。出现了一项新技能“克劳德米”,使克劳德变成了虚拟老师。表明感兴趣的主题就足够了,神经网络将准备一个训练程序。克劳迪米研究了多达 40 个来源...
