Google AI ilə hazırlanmış videoları yoxlayan pulsuz aləti istifadəyə verdi
Google SynthID Detector adlı yeni onlayn xidmətini geniş istifadəçilər üçün pulsuz təqdim edib. Alət şəkil, video və audio fayllarını analiz edərək onların içərisində süni intellekt tərəfindən yaradılan və ya redaktə edilən məzmunu müəyyənləşdirməyə kömək edən gizli SynthID…
- 01.Google SynthID Detector adlı yeni onlayn xidmətini geniş istifadəçilər üçün pulsuz təqdim edib
- 02.Alət şəkil, video və audio fayllarını analiz edərək onların içərisində süni intellekt tərəfindən yaradılan və ya redaktə edilən məzmunu müəyyənləşdirməyə kömək edən gizli SynthID…
Google SynthID Detector adlı yeni onlayn xidmətini geniş istifadəçilər üçün pulsuz təqdim edib. Alət şəkil, video və audio fayllarını analiz edərək onların içərisində süni intellekt tərəfindən yaradılan və ya redaktə edilən məzmunu müəyyənləşdirməyə kömək edən gizli SynthID nişanını axtarır. SynthID insan gözü ilə görünməyən xüsusi rəqəmsal “su nişanı”dır. O, uyğun süni intellekt alətləri ilə yaradılan şəkil, video və audio fayllarına əlavə edilir. İstifadəçi faylı SynthID Detector-a yüklədikdə xidmət həmin nişanın olub-olmadığını yoxlayır və nəticəni bildirir. Texnologiya əvvəlcə Google-un Gemini, Imagen, Lyria və Veo xidmətlərində istifadə olunurdu. Daha sonra digər şirkətlər də SynthID dəstəyinə qoşulmağa başlayıb. Hazırda detector Google, OpenAI, NVIDIA və Kakao tərəfindən yaradılan uyğun məzmunu tanıya bilir. Google gələcəkdə Apple texnologiyaları ilə də uyğunluğun əlavə ediləcəyini açıqlayıb. Google-un məlumatına görə, SynthID 2023-cü ildə istifadəyə verildikdən sonra onun rəqəmsal nişanları 180 milyarddan çox şəkil və videoya, həmçinin ümumi müddəti təxminən 240 min il olan audio fayllara əlavə edilib. Google Search, Gemini və Chrome daxilindəki SynthID yoxlamaları isə hazırda gündə 1 milyondan çox sorğunu emal edir. Amma burada vacib bir məqam var: SynthID Detector universal AI-detektor deyil. Xidmət yalnız konkret olaraq SynthID nişanını axtarır. Buna görə də faylda belə nişanın aşkarlanmaması həmin materialın süni intellektlə yaradılmadığı anlamına gəlmir. Çünki bəzi AI alətləri öz markalama sistemlərindən istifadə edə, bəziləri isə ümumiyyətlə belə nişan əlavə etməyə bilər. Əksinə, SynthID-nin aşkarlanması da faylın tamamilə süni intellekt tərəfindən yaradıldığını göstərmir. Bu nəticə sadəcə materialın yaradılması və ya redaktəsi zamanı SynthID ilə uyğun süni intellekt alətindən istifadə edildiyini bildirir. SynthID Detector-un ingilisdilli interfeysə malik versiyasını pulsuz sınaqdan keçirmək üçün xidmətin rəsmi saytına daxil olmaq mümkündür. The post Google AI ilə hazırlanmış videoları yoxlayan pulsuz aləti istifadəyə verdi appeared first on InfoCity.
Related Intelligence
All stories →Amp 让 AI 代理能够通过 OpenAI 模型超越代码进行工作
Amp 正在构建一个 AI 代理,帮助开发人员将想法转化为工作软件,从决定构建什么到编写代码再到入职客户。使用 ChatGPT 登录使 Amp 用户可以访问更多令牌来完成更大的任务,而 Amp 的对话助手 Puck 使用……
Stack Overflow for Agents 使用 ChatGPT 插件使注册人数增加了三倍
Stack Overflow 正在构建一个知识智能平台,将分散在工作场所工具中的信息转化为人员和人工智能代理经过验证的知识。该公司的最新产品 Stack Overflow for Agents 是由两名工程师在短短几分钟内从头开始构建的。